7 Yanvar 2015 14:21
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Qafqazdan olan yaraqlıların digər döyüş bölgələrinə getməsi regionda terror qurbanlarının sayının azalmasına səbəb olub. Lakin yaraqlılar Suriyadan qayıtmağa başladıqdan sonra bu tendensiya yenidən artacaq. Hazırda isə Şimali Qafqaz regionunda vəziyyət insan hüquqlarının kütləvi şəkildə pozulması və rezonans doğuran məhkəmə qərarları ilə mürəkkəbdir.

Teleqraf.com kavkaz-uzel.ru saytına istinadən xəbər verir ki, bu fikirləri ekspertlər “Qafqaz qovşağı” agentliyinin sorğusuna cavab verərəkən bildiriblər.

"Memorial" Hüquq-müdafiə mərkəzinin sədri Aleksandr Çerkasov verdiyi açıqlamada Şimali Qafqazda münaqişənin intensivliyinin azaldığını təsdiqləyib: “Sadə sistematik hesablamalar göstərir ki, regionda fəallıq ötən illərə nisbətən azalıb. Bunu Dağıstanda və Çeçenistandakı sərt sistemlə bağlamaq olar. Qroznıda dekabrın 4-də baş verən son hadisələr silahlıların gizli qruplar şəklində hərəkət etdiklərini göstərir. Lakin bu prosesə ən ciddi təsir edən digər bir məqam Şimali Qafqazdan yüzlərlə döyüşçünün Suriyaya getməsidir. Suriyada döyüşmək onlar üçün rahatdır. Onlar yeni təcrübə və güc toplayaraq, qayıdacaqlar”.

Beynəlxalq Böhran Qrupunun tədqiqatçısı Varvar Paxomenko isə regiondakı silahlı münaqişə qurbanlarının sayının azalmasının əsas səbəblərindən biri kimi Soçi Olimpiadası ərəfəsində güc strukturlarının fəaliyyətini göstərib: “Olimpiada ərəfəsində terrorçuların liderlərindən çoxu öldürüldü, həbs edildi. Bölgədə mükəmməl təmizləmə əməliyyatı aparıldı. Bəzi terrorçular isə bölgəni və ya ümumiyyətlə, Rusiyanı tərk etmək məcburiyyətində qaldı”.

Ekspert hesab edir ki, ikinci mühüm tendensiya döyüşçülərin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı və Bəşər Əsəd əleyhdarları olan müxalif qruplar sıralarında döyüşmələridir: “Şamda döyüşən terrorçuların əksəriyyəti “Qafqaz imarəti” qruplaşmasının üzvləridir”.

Rusiya Milli Akademiyasının baş elmi işçisi Denis Sokolov hesab edir ki, bölgədə vəziyyətin stabilləşməsi Suriya və Ukraynadakı gərginliklə əlaqədardır. Onun fikrincə, terrorçuların əksəriyyəti Ukraynanın şərqində rus separataçılarının sıralfrında döyüşür: “Əlbəttə, terrorçuların Suriya və İraqda silahlı münaqişələrdə iştirak etməsi bölgədə vəziyyətin stabilləşməsinə səbəb olan ilk faktordur. Onlar hətta ailələrini də ora aparırlar”.

Samir


Müəllif:

Oxşar xəbərlər