“ABŞ Vladimir Putinə imkan verir ki, Ukraynada döyüş meydanında əlindən gələni etsin”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Fikrimcə, Qərb ölkələrinin, məsələn, ABŞ-ın bu müharibəyə öz yanaşması var. Əsas məqsəd Putinin Rusiya Federasiyasının bütün hərbi maşınını döyüş meydanına çəkməsidir. Bizim missiyamız isə onu üyütməkdir”, - ekspert bildirib.
Onun sözlərinə görə, Ukrayna və Qərbin maraqları üst-üstə düşsə də, ordu Qərbdən texnika və silah təchizatından asılıdır.
“ABŞ Putinə imkan verir ki, döyüş meydanında əlindən gələni etsin. Bizim missiyamız onları mümkün qədər məğlub etməkdir. Əks halda, hələ ötən ilin yazında bizə silah verərdilər və həmin il hər şey bitə bilərdi. Biz hələ də raketlər (uzaqmənzilli) və təyyarələr almamışıq, baxmayaraq ki, bütün həll yolları var, görünür, bütün maneələr aradan qaldırılıb”, - Jdanov vurğulayıb.