ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha əvvəl onu zorlama və böhtan atmaqda ittiham edən yazıçı Elizabet Ceyn Kerrolla qarşı əks-iddia qaldırıb.
Teleqraf.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ABŞ administrasiyasının keçmiş rəhbəri Kerrollu onun reputasiyasına xələl gətirməkdə ittiham edir.
Hərçənd hakim onu bu ittiham üzrə təqsirli bilməyib.
Tramp əleyhinə iddia səbəb eks-prezidentin CNN telekanalının efirində yazıçını “dəli”, onun arqumentlərini “saxta” və “uydurma” adlandırması olub.
Bu iş üzrə icraatın başlanması 2024-cü ilin yanvar ayına təyin edilib.
Yazıçı Trampdan 10 milyon dollar təzminat tələb edir.