2 İyul 2023 15:36
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan ərazisində yağan güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşməsi bir nəfərin həyatına son qoyub. Hazırda torpaq sürüşməsi nəticəsində itkin düşmüş insanın meyitinin axtarışları davam edir.

Teleqraf.com xəbər verir ki, Xaraquli bələdiyyəsinin Marelsi kəndində dəmir yolu stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi yolun bir hissəsini tam dağıdıb, elektrik dirəklərini aşırıb. Stansiyada növbətçi işləyən nəzarətçi isə itkin düşüb. Onun torpaq altında qaldığı ehtimal olunur. Hazırda dəmir yolunun bərpası ilə yanaşı, həmin şəxsin cəsədinin axtarışları davam edir.

“Gürcüstan Dəmir Yolları” İdarəsindən bildirilib ki, Batumidən paytaxt Tbilisiyə və əksinə, eləcə də daha 5 istiqamətdə qatarların hərəkəti tam dayanıb. İyulun 1-də təbi fəlakət nəticəsində qatarlarda qalan insanlar başqa nəqliyyat vasitələri ilə istədikləri yerə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər