Rusiya Silahlı Qüvvələri “Vaqner” özəl hərbi qrupunun silah və hərbi texnikasını təhvil alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 2 mindən çox texnika və silah, o cümlədən yüzlərlə tank, "Qrad" reaktiv yaylım atəşi qurğusu, "Uraqan", "Pantsir" hava hücumundan müdafiə sistemi, özüyeriyən artilleriya qurğuları, zirehli personal daşıyıcıları və s. MN-ə təhvil verilib.
"Həmçinin iki yarım min tondan çox müxtəlif döyüş sursatları və 20 minə yaxın atıcı silah da təhvil alınıb. Bütün texnika və silahlar Rusiya Federasiyası Silahlı Qüvvələrinin təmir-bərpa bölmələrinin texniki qulluq və istifadəyə hazırlığını həyata keçirdikləri arxa cəbhə rayonlarına çatdırılır", deyə məlumatda bildirilib.