Türkiyənin Hatay əyalətində baş vermiş meşə yanğınının səbəbi məlum olub.
Teleqraf.com xəbər verir ki, yanğına 2 nəfərin təmizlik məqsədi ilə tullantıları yandırması səbəb olub.
Ərazidə yanğını lokallaşdırmaq mümkün olub.
Xatırladaq ki, dünən Türkiyənin Hatay əyalətinin Belen rayonunda meşə yanğını başlayıb. Yanğının söndürülməsinə 9 təyyarə və 21 helikopter cəlb edilib.