18 İyul 2023 12:39
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusuna aid məxfi tərkibli xeyli sayda elektron məktub texniki yanlışlıq səbəbindən Mali Respublikasına göndərilib.

Teleqraf.com xəbər verir ki, ABŞ ordusuna aid domen Mali Respublikasının domeni ilə qarışdırılıb, bu da məxfi məlumatların yayılmasına səbəb olub.

Sözügedən elektron məktublarda diplomatik sənədlər, vergi qeydləri, şifrələr və yüksək rütbəli zabitlərin istirahət proqramları kimi məlumatlar mövcud olub.

Məsələ ilə bağlı açıqlama verən Pentaqonun mətbuat katibi Tim Qorman onların bu problemlə bağlı məlumatlı olduğunu və əhəmiyyətli məlumatların yayılmasının gətirəcəyi problemlərə ciddi yanaşdıqlarını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər