5 Avqust 2023 17:23
2 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının katibi, Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Nikolay Patruşev hakimiyyətin ötürülməsində iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Patruşev vasitəsilə ötürülmə praktiki olaraq mümkün deyil, çünki o, bu təcavüzkar müharibə planının müəlliflərindən biridir.

“Əslində o, müharibənin ideoloqudur. Şübhəsiz ki, bu bəhanə savaşında Putin “nə, necə və niyə” prinsipi baxımından çox zəifdir. Onun üçün bu təhlilləri Patruşev hazırlayıb: filan mərhələdə nəticə əldə edə bilərlər, ölkənin filan həcmini ələ keçirə bilərlər, qlobal nüfuzu yenidən bölüşdürə bilərlər, daha vacib oyunçuya çevrilə bilərlər, orada bəzi dominant mövqelər əldə edə bilərlər və sair. Bütün bunlar Patruşev tərəfindən hazırlanıb”, - Podolyak bildirib.

Ukrayna rəsmisi qeyd edib ki, Putinin devrilməsi durumunda Patruşevin hakimiyyətdə necə qala biləcəyini anlaya bilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər