Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” qəzeti yazıb.
Nəşr bildirib ki, Putin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə NATO üzvü olan ölkəyə səfər edəcək.
Rusiya taxıl müqaviləsi çərçivəsində Türkiyə vasitəsilə Ukrayna, ABŞ və Avropa Birliyi ilə təmas və danışıqlar aparır. Müqavilə iyulun 17-də başa çatıb. Rusiya və Türkiyə liderləri qarşıdakı görüşdə anlaşmanın bərpasını müzakirə edəcəklər.
Səfər çərçivəsində Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı son gəlişmələrlə bağlı da fikir mübadiləsi aparılacaq.