Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə PUA-larla zərbələr endirib, nəticədə mülki infrastruktura ziyan dəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, vilayətdə gecə sakit keçsə də, səhər rusların hücumu ilə başlayıb.
Ukrayna aviasiyasının vasitələri bölgədə İran istehsalı 6 PUA-nı məhv edib.
Odessa vilayəti də İran PUA-ları (“Şahid”) ilə hədəfə alınıb. Bu istiqamətdə 17 “Şahid” məhv edilib. Hücum nəticəsində Odessa limanına ziyan dəyib.
Ümumilikdə Ukraynaya atılan 32 PUA-dan 23-nün məhv edildiyi açıqlanıb.