Tacikistan-Əfqanıstan sərhədini pozan 3 terrorçu Tacikistan ərazisinə daxil olub və müqavimət göstərdikdə ölkənin xüsusi xidmət orqanları tərəfindən məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 2023-cü il avqustun 29-dan 30-na keçən gecə beynəlxalq terror təşkilatının 3 üzvü Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan ərazisində terror aktı törətmək üçün Əfqanıstanla sərhədi qanunsuz keçərək ölkəyə daxil olublar.
Vurğulanıb ki, antiterror əməliyyatı nəticəsində terror qruplaşmasının 3 üzvü məhv edilib.