Moskvada bir qrup hakerdən külli miqdarda rüşvət alan keçmiş polis əməkdaşları həbs edilib.
Teleqraf.com xəbər verir ki, onlar haker qrupundan 1000 bitkoin alıblar.
İstintaqın versiyasına görə, polis "Infraud Organization" haker qrupundan pul tələb edib, şübhəlilər həbsdən yaxa qurtara biliblər.
Rüşvətin məbləği min bitkoin, təxminən iki milyard rubl olub.
Cinayət işinin istintaqı davam etdirilir.