Türkiyə ilə Rumıniya arasında “Hərbi Çərçivə Sazişi” imzalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz X (twitter) hesabında paylaşım edib.
Yaşar Gülər Ankaraya səfər edən Rumınya müdafiə naziri Angel Tilvarı Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.
Təkbətək və geniş tərkibli görüşlərdən sonra Gülər və Tilvar Türkiyə ilə Rumıniya arasında “Hərbi Çərçivə Sazişi” imzalayıblar.