Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara qarşı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirib.
"Terrorçulara məxsus qərargah, sığınacaq və anbarlar da daxil olmaqla 15 hədəf məhv edilib" - deyə bəyanatda bildirilir.
Məlumata görə, əməliyyat zamanı günahsız mülki şəxslərə, tarixi və mədəni sərvətlərə və ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün hər cür tədbir görülüb.