14 Oktyabr 2023 21:42
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Qəzza zolağına humanitar yardım üçün əlavə 50 milyon avro ayıracağını vəd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə AK-ın mətbuat xidməti məlumat yayıb.

"Avropa Komissiyası Qəzza zolağı üçün nəzərdə tutulan humanitar yardım paketini dərhal 50 milyon avro artıracaq", - bəyanatda deyilir.

Yardımın 75 milyon avro təşkil edəcəyi qeyd edilir. Fon der Leyenin sözlərinə görə, Avropa Komissiyası yardımın Qəzza zolağında ehtiyacı olanlara çatması üçün BMT və müvafiq qurumlarla sıx əməkdaşlığı davam etdirəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər