16 Oktyabr 2023 08:40
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar qanunlara hörmət edilməlidir, xüsusən də Qəzzada humanitar dəhlizləri təmin etmək və bütün əhaliyə təcili yardım göstərmək vacib və zəruridir.

Teleqraf.com xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

İsraildə və Fələstində baş verənləri böyük ağrı ilə izləməyə davam etdiyini bildirən Papa Fransisk girovların azad olunması ilə bağlı çağırışını yeniləyib.

“Hər kəsi, xüsusən də uşaqları və yaşlıları düşünürəm. Uşaqlar, xəstələr, qocalar, qadınlar və bütün mülki şəxslər münaqişənin qurbanı olmamalıdır. Bir çox qardaş–bacımız həlak oldu. Nə müqəddəs torpaqda, nə Ukraynada, nə də başqa yerdə daha çox günahsız qan tökülməsin. Çünki müharibələr həmişə məğlubiyyətdir”, - deyə Roma Papası qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər