ABŞ Prezidenti Co Baydenin İsrailə sabahkı səfərinin Qəzzada quru əməliyyatını gecikdirəcəyi və ya çətinləşdirəcəyi gözlənilmir.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus deyib.
“Prezidentin özü də deyib ki, HƏMAS-ı məhv etmək lazımdır. Bizim də hərbi məqsədimiz budur”, - Konrikus bildirib.