19 Oktyabr 2023 00:18
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın raket və pilotsuz uçuş aparatları (PUA) proqramı ilə bağlı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bəyanata görə, İranın sabitliyi pozan ballistik raket və PUA proqramlarını təmin edən İran, Honq-Konq, Çin və Venesueladakı 11 fiziki şəxsə, 8 qurum və bir gəmiyə sanksiya tətbiq edilib.

“Sanksiya tətbiq edilən şəxslər İslam İnqilabı Keşikçiləri Korpusu, İran Silahlı Qüvvələrinin Müdafiə və Maddi-Texniki Nazirliyi və ya onların tabeliyində olan qüvvələrə raket və PUA istehsalı və yayılmasında dəstək veriblər”, - bəyanatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər