19 Oktyabr 2023 11:30
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın iki dəniz briqadasının bölmələri Dnepr çayını keçərək Xerson vilayətinin sol sahilinə çıxıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Geolokasiya kadrları göstərir ki, ukraynalı hərbçilər Pişçanivkadan şimala və Pomaya qədər irəliləyiblər.

Ukraynanın iki hücum qrupu Dnepr çayının şərq sahilinə enərək Rusiya qüvvələrinin müdafiəsini yararaq, Poymanı və Pişçanivkanın şimalındakı mövqeləri ələ keçiriblər. Hazırda ruslar yalnız Pişçanivkanın cənub hissəsini nəzarətdə saxlayırlar.

Məlumatda qeyd olunur ki, Rusiyanın hərbi komandanlığı qoşunların Dnepr boyunca Ukrayna ordusunun potensial hücumlarını dəf edə bilməyəcəyindən narahatdır. Bu, Rusiya qüvvələrinin sol sahildəki çətin durumu ilə əlaqəlidir. Rusiyanın komandanlığı son aylarda Zaporojedə müdafiə əməliyyatlarını dəstəkləmək üçün Xersondan çoxlu sayda elit bölmələri cəlb edib.

ISW-nin məlumatına görə, Rusiya hərbçiləri arasında bu əməliyyatın daha böyük planın bir hissəsi ola biləcəyi ilə bağlı narahatlıq artır. Rus hərbçilərin fikrincə, Ukrayna ordusu daha böyük hücum üçün manevr meydanını genişləndirmək istəyir.

Rusiya mənbələri Ukrayna hərbçilərin hərəkətlərini bundan əvvəlki taktiki reydlərindən daha böyük olduğunu müzakirə edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər