20 Oktyabr 2023 12:06
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilinə (Xerson vilayəti) hücumlarını genişləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Geolokasiya kadrları Ukrayna qüvvələrinin Dnepr sahilləri boyunca və Antonovski körpüsü yaxınlığında yerləşdiyini göstərir.

Rusiya mənbələrinin məlumatına görə, Ukraynanın dəniz piyada briqadasının iki diversiya-kəşfiyyat qrupu Dneprdən keçərək, bu ərazidəki rus qoşunlarını geri çəkilməyə məcbur edib və Krınki kəndində körpünü ələ keçirib.

Rus piyadalarının əks-hücumla Ukrayna hərbçilərini kənddən çıxardığı iddia edilsə də, ukraynalıların hələ də ərazidə olduğu və əlavə qüvvələr gözlədikləri bildirilir.

Başqa bir rus mənbəsi iddia edir ki, Ukrayna ordusu Krınkiyə hücumda əvvəlki həmlələrlə müqayisədə daha çox canlı qüvvədən istifadə edib.


Müəllif: Mənsur Rəğbətoğlu