Oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasında (TŞ) Yaxın Şərqdəki hadisələrlə bağlı açıq debat keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
O bildirib ki, çərşənbə axşamı Təhlükəsizlik Şurasında Yaxın Şərqlə bağlı açıq müzakirələr olacaq: "Bu, müntəzəm iclasdır, əvvəlcədən planlaşdırılıb. Amma indi, təbii ki, əlavə əhəmiyyət kəsb edib”.