İsrailin Qəzza zolağında hərbi əməliyyatı bir aydan üç aya qədər çəkə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.
Onun sözlərinə görə, bu, İsrailin anklavda sonuncu quru əməliyyatı olmalıdır, nəticədə HƏMAS tamamilə məhv edilməlidir.
"Bunlar Qəzzada son [quru] manevrlər olmalıdır, çünki onlardan sonra HƏMAS olmayacaq. Bir ay, iki ay, üç ay çəkəcək, amma sonda daha HƏMAS olmayacaq", - deyə o bildirib