Qərb ölkələrinin Rusiya ilə KXDR (Şimali Koreya) arasında “qeyri-qanuni hərbi-texniki əməkdaşlıq” ittihamları əsassızdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhində deyilir.
“Kollektiv Qərbin Rusiya ilə KXDR arasında “qeyri-qanuni hərbi-texniki əməkdaşlığa” dair irəli sürdüyü ittihamlar əsassızdır, bu, onların sevimli üslubudur. Üstəlik, heç kim Vaşinqton və Tokioya istintaq səlahiyyətləri verməyib”, - diplomat qeyd edib.
Zaxarova qeyd edib ki, Rusiya tərəfi beynəlxalq öhdəliklərini, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini məsuliyyətlə yerinə yetirir:
“Bu, bizim qonşularımızla, o cümlədən KXDR ilə qədim tarixi köklərə malik ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə mane olmur.
Özlərini “beynəlxalq hüquq müdafiəçiləri” adlandıranların ölkəmizi tənqid edənlərə gəlincə, onlara başqalarını öyrətməzdən əvvəl güzgüyə baxmalarını tövsiyə etmək lazımdır”.