3 Dekabr 2023 17:10
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk vilayətinin Avdiv şəhərini tamamilə dağıdıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Zabitlər İttifaqı sədrinin müavini, kapitan Yevgeni Lupakov deyib.

"Avdivdən heç nə, daşının üstündə daş qalmayıb. Bizimkilər bu daşlardan yapışıb düşmənin fikrini yayındırırlar. Amma biz bilirik ki, Rusiyadan tarixən, ənənəvi olaraq, müəyyən tarixlərdə və ya hansısa ideyalarla hücumlar olub. Məsələn, Baxmutu tutmaq üçün sabit fikirləri vardı. Bu fikirlə şəhəri işğal etdilər. İndi növbəti sabit fikir Avdivi tutmaqla bağlıdır. Orada isə daşlardan başqa heç nə qalmayıb, amma çoxlu sayda şəxsi heyəti şəhərə atırlar. Məsələ budur ki, bu qüvvələr kifayət etmir. Ukrayna ordusu bundan istifadə edir", - kapitan bildirib.

Lupakov qeyd edib ki, Ukrayna öz şəhərini qorumağa qadirdir, onun önündə müasir döyüş əməliyyatları xəritəsi var:

"Hər gün metr-metr torpaqlarımızı geri qaytarırıq. Bəli, əvvəllər yüzlərlə kilometr geri alırdıq, indi isə onlarla, yüzlərlə metrdən danışırıq. Bu və ya digər şəkildə, bütün hərbi yardımlar, müttəfiqlərin təminat verməsi faydalıdır və irəliləyişimizi sürətləndirir. Avdivin hərbi baxımdan dəyəri yoxdur, amma bu, işğalçıların önəmli qüvvələrinin diqqətini yayındırır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər