Çin Xalq Azadlıq Ordusunun (PLA) ən azı 10 təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına müdaxilə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Sözügedən zonada Çin ordusunun J-10 və J-16 qırıcıları, Y-8, H-6 strateji bombardmançı və KJ-500 erkən xəbərdarlıq təyyarələrinin uçuşları təsbit olunub. Ümumilikdə 10 təyyarə Tayvan boğazının orta xəttini keçərək, Çin gəmiləri ilə birgə patrul xidməti aparmaq üçün adanın hava hücumundan müdafiə zonasına daxil olub.
Tayvan ordusu hədəfləri təyyarə, gəmi və zenit-raket sistemlərindən izləyib.
Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.