Ukrayna Rusiyanın X-22 qanadlı raketindən qorxur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Military Watch Magazine” yazır.
“Ukrayna müharibə başlayandan bir dənə də X-22 raketini vura bilməyib. Rusiya ölkə daxilindəki hədəflərə 300-ə yaxın X-22 və X-32 raketləri atıb”, - ABŞ nəşri bildirir.
Məqalədə qeyd edilir ki, Rusiyanın sovet dövründən qalma belə raketlərin böyük ehtiyatları var, buna görə də onlardan hərbi hədəflərə hücum etmək üçün geniş istifadə olunur:
“Bu sinif raketlər ilk dəfə 1962-ci ildə istifadəyə verilib, amma xüsusiyyətlərinə görə hələ də dünyada az sayda rəqibi var”.
Materialda Ukraynanın sovet dövründən qalma müdafiə raketləri ehtiyatlarının tükəndiyi, Qərbin hələlik bu itkiləri kompensasiya etməyə yaxın olmadığı iddia edilir.