İraqın qərbindəki ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi Ayn əl-Əsəd aviabazasının üzərində hücum PUA-sı vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat yayıb.
Bu, dünən ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi İraqın şimalındakı Ərbil hava limanında pilotsuz uçan aparatın vurulmasından sonra ikinci hücumdur.
Bölgədəki ABŞ hərbi bazaları son həftələrdə tez-tez İrana bağlı terrorçu qruplaşmalar tərəfindən hədəfə alınır.