Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində güclü yağış səbəbindən şəhəri su basıb.
Teleqraf.com “TRT Haber”ə istinadən xəbər verir ki, gecə saatlarından başlayan leysan nəticəsində Anıt Meydanı, Atatürk Bulvarı və Çay Məhəlləsindəki küçələrdə gölməçələr əmələ gəlib, bəzi evlər və iş yerləri su altında qalıb.