Misirin həbsdəki keçmiş prezidenti Hüsnü Mübarəkin iki oğlu sərbəst buraxılıb.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, vəzifə səlahiyyətlərini aşma maddəsi ilə mühakimə olunan Cemal Mübarək və Ala Mübarək məhkəmə tərəfindən azad olunub.
Qardaşlarla yanaşı 4 məhbusun da təxminən 17 milyon dollar qarşılığında azadlığa buraxıldığı deyilib.
Hazırda əsas diqqət keçmiş prezident Hüsnü Mübarəkin sərbbəst buraxılması ilə bağlı veriləcək qərara yönəlib.
Samir