16 Yanvar 09:41
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin dəstəyi olmasa belə, Ukrayna heç bir şərt altında təslim olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Silahımız bitsə, kürəklə döyüşəcəyik, çünki Ukrayna üçün müzakirə mövzusu bu xalqın varlığıdır”, - nazir bildirib.

Kuleba bildirib ki, Ukraynaya verilən maliyyə vəsaitinin artırılması potensial olaraq NATO ilə Rusiya arasında ABŞ qoşunlarının müdaxilə etmək məcburiyyətində qalacağı birbaşa toqquşmadan qaçmağa kömək edəcək.

“İndi Ukraynanı dəstəkləməyin bədəli nə olur-olsun, Ukrayna uduzsa, dünyadakı qarışıqlığı düzəltməyin bədəli daha ağır olacaq”.

Xarici işlər naziri həmçinin ABŞ və müttəfiqlərinə Rusiyanın Ukraynada qələbəsinin digər düşmənlərə göndərəcəyi siqnal barədə xəbərdarlıq edib:

“Qərb Ukraynada Rusiyanı dayandıra bilmirsə, dünyada onu başqa kim dayana bilər?”.

Kuleba Ukrayna döyüş meydanında daha güclü mövqe tutmayana qədər Kremllə danışıqları istisna edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər