23 Yanvar 2015 05:43
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris yaxınlığındakı Monruj yaşayış qəsəbəsində bir polisi və Vənsən darvazasında beş nəfəri qətlə yetirən terrorçu Amedi Kulibalinin nəşi dəfn olunmaq üçün yanvarın 22-də təyyarə ilə vətəni Maliyə yola salınmalı idi.

Teleqraf.com-un məlumatına görə, son anda Mali rəsmiləri onun ölkəyə gətirilib dəfn olunmasını rədd ediblər. Terrorçunun meyiti təkrarən tibbi-ekspertiza məntəqəsinə qaytarılıb. Fransa qanunlarına görə, terrorçunun yaxınları onun xüsusi məzarlıqda dəfn olunması üçün yaşadığı meriyaya müraciət etməli idi.

Terrorçunun Esson departamentinin Qrini şəhərində yaşayan anası və bacısı nəşin basdırılması üçün meriyaya müraciət etmədiklərindən Amedinin meyiti vətəni Maliyə yola salınmalı idi. Amma Mali rəsmiləri bunu rədd ediblər. Onların rədd cavabının səbəbi hələlik aydınlaşmayıb.


Müəllif:

Oxşar xəbərlər