Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasından (CAR) olan həmkarı Siril Ramafosa ilə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, telefon danışığında İsrail-HƏMAS qarşıdurması, ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan CAR-ın İsraili Fələstinə qarşı soyqırımı ittihamı ilə Beynəlxalq Cinayətlər Məhkəməsinə verməsindən məmnun olduğunu, bu cinayəti törədənlərin cəzalandırılmasının vacib olduğunu deyib.
Ərdoğan Türkiyənin bu işin beynəlxalq hüquq və insan haqlarına uyğun yekunlaşdırılması və bəşəriyyətə qarşı cinayət törətdiyini iddia etdiyi İsrailin layiq olduğu cəzanı alması üçün maksimum səy göstərəcəyini bildirib.