26 Yanvar 13:29
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monako şahzadəsi Albertin həyat yoldaşı Şarleni dəfələrlə aldatdığı və məşuqələrinə milyonlarla avro xərclədiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bir müddətdir ayrı yaşadığı iddia edilən Albert və Şarlen haqda iddialar Avropa mediasının gündəminə bomba kimi düşüb.

Albertin 20 illik mühasibi, işdən çıxardığı Klod Palmero qadın düşkünlüyü ilə tanınan, son zamanlar evliliyində problemlər yaşayan Albertin məşuqələrinə xərclədiyi pulları ictimaiyyətlə bölüşüb.

Palmeronun açıqladığı sənədlər Monako şahzadəsinin məşuqələri və onlardan doğulan uşaqlar üçün milyonlarla avro xərclədiyini ortaya qoyub.

Palmeronun sözlərinə görə, Albert müntəzəm olaraq Şarlenə illik təxminən 1.5 milyon avro müavinət verir. Şarlen bu pulları şəxsi xərcləri üçün istifadə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər