BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın İraq və Suriyaya hərbi zərbələrindən sonra Yaxın Şərqdə münaqişənin mümkün kəskinləşməsindən ehtiyat edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri TASS-a istinadən BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Düjarrikin sözlərinə görə, Quterreş münaqişənin bütün tərəflərini beynəlxalq gərginliyi azaltmaq üçün səy göstərməyə çağırıb.
“Baş katib eskalasiya risklərindən narahatdır. O, bütün tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə çağırır".
ABŞ ordusu İordaniyadakı ABŞ bazasına pilotsuz təyyarənin hücumuna cavab olaraq İraq və Suriyada 85-dən çox hədəfə zərbə endirib. ABŞ pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara zərbələr endirib.