4 Fevral 08:14
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ordunun Yəmən ərazisinə növbəti zərbə endirdiyini, hücumun hədəfinin "Ənsar Allah" hərəkatının husi üsyançılarının qanadlı raketi olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, fevralın 4-də ABŞ hərbçiləri özünümüdafiə məqsədi ilə Qırmızı dənizdəki gəmilərə buraxılmağa hazır olan Husilərin gəmi əleyhinə qanadlı raketinə hücum edib.

CENTCOM, ABŞ Silahlı Qüvvələrinin Yəməndə husilərin nəzarətində olan ərazidə mərmi aşkarladığını, həmçinin bunun bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər üçün təhlükə yaratdığını vurğuladı.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər