11 Fevral 01:48
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində qəsdən etnik təmizləmə siyasəti aparır ki, bu əraziləri işğaldan azad etmək mümkün olmasın.

Teleqraf.com xəbər verir ki, bu, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin gəldiyi nəticədir.

"Ukraynadakı müharibə, ilk növbədə, torpaq uğrunda deyil, insanlara nəzarət uğrunda müharibədir” , - nəşr yazır.

Analitiklərin fikrincə, Moskva ukraynalıları və bütün dünyanı inandırmağa çalışır ki, işğal olunmuş ərazilərdə ukraynalı kimliyinin aradan qaldırılması daimi və dönməzdir.

Rusiyanın işğal siyasəti Ukrayna ərazilərinin məcburi əhalidən azad edilməsi və yenidən məskunlaşdırılması strategiyasını nəzərdə tutur. Ruslar Ukraynanın işğal olunmuş ərazilərinin demoqrafik göstəricilərini dəyişdirməklə onların işğaldan azad edilməsini mümkünsüz etməyə ümid edirlər.

"Putin həm də Rusiyanın demoqrafik problemlərinin həlli üçün qismən Ukraynadan səfərbər edilmiş işçi qüvvəsi mənbəyi kimi istifadə etməyə çalışır", - hesabatda deyilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər