Rusiyada baş verən iqtisadi böhran əyləncə mərkəzlərindən də yan keçməyib.
Axar.az xəbər verir ki, rəsmi statistikaya görə, bu sahədə yaşanan geriləmə hətta 2008-ci ildən də pis olub.
"Muv Resörç” (Movie Research) tədqiqat şirkətinin məlumatına görə, 2014-ci ildə kino mərkəzlərində seyirçi azalması baş verib. 2014-cü ildə 190 milyon bilet satılıb. Bu da 2013-cü illə müqayisədə 0,2 faiz azdır.
Rusiyada kino mərkəzlərinin icarəyə verilməsində isə 4,4-4,6 faiz artım hiss olunub.
- See more at: http://axar.az/news/41524#sthash.gFLfhvg6.dpuf