Meksikada üç həftə əvvəl itkin düşmüş Sançes Seresonun cəsədi aşkarlanıb.
Teleqraf.com-un "BBC"-yə istinadən məlumatına görə, qəzet təsisçisi olan Sereso yanvarın 2-də Verakrus ştatındakı evindən oğurlanmışdı.
Prokurorluğun məlumatına əsasən, jurnalistin cəsədi Medelyin-de-Bravo şəhərinin ucqar bölgəsində tapılıb. Hadisə ilə əlaqədar sabiq polis əməkdaşı saxlanılıb.
O, S.Seresonu şəhər merinin sifarişi ilə öldürdüyünü bildirib.