Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putindən Minsk anlaşmasına əməl olunmasını tələb edib.
Poroşenko Rusiya liderinə ünvanladığı rəsmi məktubunda bütün girovların, o cümlədən, Nadejda Savçenkonun azad olunmasını istəyib:
"Srağagün mən məktubu Prezident Putinə göndərdim. Atəşin dayandırılması, Minsk memorandumunun icrası ilə yanaşı, burada əsas tələblərdən biri də Nadejda Savçenkonun və bütün girovların azad olunmasıdır ".
Prezident xatırladıb ki, AŞ PA da Savçenkonun azad olunmasını tələb edir, çünki o, Assambleyanın nümayəndəsi olub.
Bundan başqa, Poroşenko Rusiya barəsində sanksiyaların effektivliyini vurğulayıb: "Biz Rusiyanı danışıqlarda iştirak etməyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün müvafiq şərait yaratmalıyıq".
Nail Cəlil