İrlandiya, Malta və Sloveniyadan olan həmkarları ilə verilən qərardan danışan İspaniya Baş naziri Pedro Sançez yaydan əvvəl Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, qəbul edilən ortaq qərarın lazımi şərtlər yerinə yetirildiyi təqdirdə bu müddətdə həyata keçiriləcəyini deyib.
Sançez qeyd edib ki, ölkəsi Fələstin dövlətinin tanınması ilə bağlı qərarı əvvəlcə Nazirlər Kabinetində qəbul edəcək, sonra isə parlamentə təqdim edəcək.
İspaniya başçısı vurğulayıb ki, bölgədə sülh və təhlükəsizliyi təmin etməyin yeganə yolu Fələstini tanımaqdır.