3 Aprel 01:28
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq iyulda ABŞ-da keçiriləcək NATO sammitində beş il ərzində Ukraynaya silah tədarükünün ödənilməsi üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Y.Stoltenberq, həmçinin Kiyevə bütün hərbi təchizatın koordinasiyasını ABŞ-dan NATO-nun nəzarətinə keçirməyi təklif edəcək.

Bildirilib ki, Y.Stoltenberqin bu təklifləri NATO-nun bu ölkəni alyansa dəvət etməkdən imtina etməsinə görə Ukraynaya kompensasiya olmalıdır.

"Stoltenberq iyul ayında ABŞ-da keçiriləcək sammitdə alyans liderləri tərəfindən imzalanacaq paket sazişlər çərçivəsində beş il ərzində 100 milyard dollar dəyərində ittifaq ölkələrinin ödənişləri əsasında fond yaratmağı təklif edəcək", - deyə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər