Moskvada Rusiya ilə İran İslam Respublikası arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksandr Fomin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib.