8 Aprel 16:25
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada sülhə yalnız cəbhədə nail olmaq olar, çünki Rusiya Prezidenti Vladimir Putin yalnız güc dilini başa düşür.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

Dövlət başçısı uzun illər sülh proseslərində vasitəçilik etdiyini bildirib:

“Əlbəttə, sülh dialoqdan başlayır, dialoqdan sonra parametrləri təyin etməyə başlayırsınız. Amma məncə, bu konkret halda soyuq həqiqət odur ki, sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır”.

Finlandiya prezidenti əlavə edib ki, Putin yalnız güc dilini başa düşür:

“Bəzən düşünürəm ki, onun nöqteyi-nəzərindən sülh demək olar mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu