İsrail İranın hücumuna öz ərazisindən kənarda zərbə ilə cavab verə bilər.
Teleqraf.com xəbər verir ki, “NBC News” ABŞ rəsmilərinə istinadla cavabın ən çox ehtimal olunan variantını açıqlayıb.
Telekanalın mənbələrinə görə, Tehranın hücumu geniş dağıntı və mülki itkilərə səbəb olmadığından, İsrail İran sərhədlərindən kənarda hücumun qeyri-aqressiv variantlarından biri ilə cavab verə bilər.
Məlumatda qeyd olunur ki, İsrail tərəfinin mümkün cavabları hərbi əməliyyatlardan tam imtinadan tutmuş İran ərazisinə zərbələr endirməyə qədər müxtəlifdir.
ABŞ rəsmisi kanala deyib ki, seçimlər arasında Suriya daxilində zərbələr də var. Amma o, cavabın yüksək səviyyəli İran rəsmilərinə yönələcəyini gözləmir, əksinə, İsrailin silah anbarlarını vuracağını ehtimal edir.