16 Aprel 23:44
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubay Beynəlxalq Hava Limanı BƏƏ-də yağan güclü yağış səbəbindən ümumilikdə 45 aviareysi ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə hava limanının məlumatında bildirilib.

Qeyd olunub ki, gecə yarısından etibarən 21 gediş və 24 gəliş ləğv edilib. Gün ərzində hava limanında bütün əməliyyatlar 25 dəqiqə dayandırılsa da, sonradan bərpa edilib.

"Hava limanına gedən yolları güclü su basıb. Yağıtıların davam edəcəyi gözlənilir", - məlumatda bildirilib.


Müəllif: Teleqraf.com