17 Aprel 01:17
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika hakimiyyəti radikal Fələstinin HƏMAS qruplaşmasının üzvlərinin ABŞ vətəndaşlarına qarşı törətdiyi cinayətləri araşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Merrik Qarland ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Biz 7 oktyabr 2023-cü ildə İsraildə amerikalıların öldürülməsi və oğurlanması ilə bağlı cinayət təhqiqatı aparırıq”, - deyə o vurğulayıb.

Qarland istintaqla bağlı əlavə təfərrüat verməkdən imtina edərək, yalnız bildirib ki, Vaşinqton tələb olunan məlumat və sübutları əldə etmək üçün İsrailin hüquq-mühafizə və kəşfiyyat orqanları ilə işləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər