17 Aprel 01:03
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hələ də ABŞ-a Rəfah şəhərində hərbi əməliyyat keçirmək, eləcə də buradan dinc əhalini təxliyə etmək planı barədə ətraflı məlumat verməyib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Həm evakuasiya, həm humanitar mülahizələr, həm də hərbi komponent baxımından onların planları haqqında hələ də ətraflı məlumat almamışıq”, - deyə Miller bildirib.

Xatırladaq ki, martın 31-də İsrailin Baş naziri Benyamin Netanyahu Rəfahda hərbi əməliyyat planlarının təsdiqləndiyini açıqlayıb. Onun fikrincə, şəhərə girmədən və orada HƏMAS batalyonlarını məhv etmədən Qəzza zolağında münaqişədə qələbə olmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər