İsrailin aprelin 19-da İranın İsfahan vilayətinə endiriyi hava zərbləri ciddi itkilərə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Economist” və ABŞ-nin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu məlumat yayıb.
Paylaşılan peyk görüntüləri sübut edir ki, İran İsrailin vurduğu zərəri ört-basdır etməyə çalışır.
Məlumata görə, İsrail İsfahan yaxınlığında S-300 hava hücumundan müdafiə batareyasını hədəfə alıb. Əvvəlcə İran heç bir zərərin olmadığını iddia etsə də, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun paylaşdığı peyk görüntüləri S-300 batareyasında istifadə edilən 30N6E2 radarının məhv edildiyini ortaya qoyub.
İnstitut aprelin 19-20-nə aid iki peyk şəklini paylaşıb, 4 raket buraxılış qurğusu və mobil radarın yerləşdirildiyi İran ordusunun aviabazasındakı hədəflərini göstərib.
Görüntülər radarın yerləşdiyi texnikanın vurulduğunu, bundan sonra yandığını üzə çıxarıb.
Hücumdan sonra vurulan radarın üstünə örtük qoyulub. Aprelin 20-də radarın dislokasiya edildiyi yerə yeni texnika yerləşdirilib. Ehtimal ki, bu, əvəzedici radardır və vurulmuş texnika ilə eyni tip deyil.
Amerikalı keçmiş kəşfiyyatçı Kris Biqqer “Economist”ə deyib ki, vurulan rada 96l6e radarı ilə əvəzlənib. Onun sözlərinə görə, yeni radar əvvəlkinin əvəzi ola bilməz, çünki mövcud sistemlə işləyə bilmir.
“Sistemin hələ də fəaliyyət göstərdiyini söyləmək inkar və aldatmadır”, - Biqqer vurğulayıb.
ABŞ institutu əlavə edib ki, hədəfə alınan sahə həm İsfahan, həm də Natanzdakı nüvə obyektləri üçün hava hücumundan müdafiə sisteminin əsas hissəsidir.