Ukraynanın şərqindəki Luqansk bölgəsinə əlavə separatçı qüvvələr gətirilib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə "İnformasiya müqaviməti" qrupunun koordinatoru, xalq deputatı Dmitri Tımçuk öz Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, separatçılar təxminən 3-4 hərbi maşın vasitəsi ilə bölgəyə daxil olublar. Timçuk maşınlarda həmçinin silah və hərbi sursatın da olduğunu qeyd edib.
Deputat bildirib ki, hər gün sutka ərzində Luqanska təxminən 10 hərbi maşın daxil olur.
Samir