İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçən namizədlərin sayı dörd gün ərzində 37-yə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin seçki qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.
"Prezident seçkilərində iştirak etmək üçün ümumilikdə 37 nəfər qeydiyyatdan keçib, sabah qeydiyyat üçün son gündür", - deyə o mətbuat konfransı zamanı bildirib.
Qurum rəsmisi qeyd edib ki, 37 namizəddən 20-si iyunun 2-də seçki qərargahına sənəd təqdim edib.